Videomüşahidə sistemləri

 

        

 

 

Videomüşahidə üç növə ayrılır: Rəqəmsal, HD Turbo və Analoq. Bizim saytımızda Siz hər üç növ videonu nəzərdən keçirib təsvirlərin keyfiyyətindəki fərqi ayıd edərək sizin üçün daha münasib seçimi edə bilərsiniz.

 

Videomüşahidə texniki təhlükəsizlik vasitəsi olub, obyekt üzərində nəzarəti, onun yanında baş verən və komponentləri ilə bilavasitə əlaqəli fəaliyyətlərin qanuniliyinə nəzarət etməsini təmin edir. Qiymətli əmlakın mövcudluğu bizim üzərimizə onun bötövlükdə qorunub saxlanılması üçün müvafiq effektiv tədbirlərin görülməsi məsuliyyəti qoyur.

 

“PRO Solutions” şirkətinin əsas fəaliyyət istiqamətlərindən biri Bakıda və Azərbaycanın bütün regionlarında videomüşahidə sistemlərinin komleks quraşdırılmasıdır.

 

 

“PRO Solutions” şirkəti videomüşahidə sistemləri nin layihələndirilməsi, təchizatı (satışı), montajı (quraşdırılması), zəmanət, post-zəmanət təmiri-xidmətini yerinə yetirir. Bizim şirkətin yüksək ixtisaslı mütəxəssislərinin çoxillik təcrübəsini nəzərə alaraq bildiririk ki, onlar Sizin üçün layihələndirmə və montajı ən yüksək səviyyədə yerinə yetirəcəklər.

Bizim mütəxəssislər montajı və gizli müşahidənin quraşdırılması da daxil olmaqla bütün növ işləri yerinə yetirirlər.

 

Bizim şirkətə müraciət etməyin əsas üstünlüklərindən biri şirkətimizdə olan hər müştəriyə fərdi yanaşmadır. Biz avadanlıqları, Sizin istəklərinizi, irəli sürdüyünüz büdcəni, Sizin müşahidə sistemində reallaşmasını istədiyiniz funksiyaların xüsusiyyətlərini nəzərə almaqla seçirik. Montaj-quraşdırılmanın hansı şəraitdə və hansı obyektdə yerinə yetirilməsindən asılı olmayaraq, mütəxəssislərimizin təcrübəsi, təyin olunmuş zaman çərçivəsində bütün işlərin keyfiyyətlə yerinə yetirilməsinə zəmanət verməyimizə imkan verir.

 

Bizdə Siz videomüşahidə sistemləri nin münasib qiymətə qurulması üçün aşağıda göstərilən məşhur brendlərin qurğularını (kamera, qeydiyyat cihazı)  3 il zəmanətlə sifariş edə bilərsiniz: Avtech, ACTi, Axis, Brickcom, Next Security, HIKVISION, DAHUA, LG, Lilin, PiXlan, ITV, Samsung, Honeywell və s..

 

 

 

 
 

 

 

Düşünülmüş funksionallıq  

 

Evinizi, parkinq, müəssisənizi və ümumilikdə istənilən daşınar və daşınmaz obyektin maksimum təhlükəsizliyini təmin etmək istəyirsinizsə, burada keyfiyyətli videomüşahidə strukturunu işə salmaq bu məqsədə nail olmağın prioritet şərtlərindən biri olacaq. Texnologiyaların eksponensial inkişafı avadanlıq tərəfindən videoçəkilişin aparılması üçün həqiqətən də qeyri-məhdud imkanları təmin edir. 

 

Müasir müşahidə kameralarının əksəriyyətinin yüksək həllə malik çəkiliş apardığını, yüksək tutumlu vinçesterlər və yaxınlaşan obyektlərə fokuslanma üçün alqoritmlərə malik olduğunu xatırlatmağa dəyməz. Bundan başqa, aktual videomüşahidə modelləri ayrı-ayrı şəxslərin tanınması üçün intellektual sistemlərlə təchiz olunaraq, mümkün təhlükəni müstəqil şəkildə təhlil edir və müvafiq materialı xüsusi proqram təminatı vasitəsilə sahibinə ötürürlər. 

Çevik tənzimləmə və informasiyaya giriş sistemi

 

Beləliklə də, sərəncamında mərkəzləşdirilmiş müdafiə yaradılmalı olan böyük əraziyə malik olan şəxsin baş verənləri monitorda real vaxt rejimində izləyən onlarla operator cəlb etməsinə ehtiyac yoxdur. İnnovasiya işləmələri bunları özü edir və məlumatları sahibi üçün münasib şəkildə onun planşet və ya smartfonuna ötürürlər. 

 
Psixoloji effekt 
 

Müttəhimlərin qanunazidd hərəkətlərin törədilməsinə istiqamətlənmiş psixoloji xüsusiyyətlərinin tədqiqi sübut edir ki, onlar soyğunçuluq və ya fiziki zədələrin yetirilməsi üçün konkret obyekt seçərkən, izləmə kameralarının olmamasını rəhbər tuturlar. Buna görə də, videomüşahidə sistemləri alarkən, siz öz əmlakınızın ciddi və keyfiyyətli mühafizə statusunu təmin etmiş olursunuz.



Оставьте заявку


Sizin sorğu uğurla təqdim edilib Bizim menecer Sizinlə qısa zamanda əlaqə saxlayacaq

Yeni bir sorğu





Fayl seçin


  =